Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Beynəlxalq Hava Limanı ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi saxlayıblar.

O, araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.