Şəmkirdə ağır yol qəzası baş verib

Şəmkirdə bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" ilə digər minik avtomobili toqquşub.
Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev hadisə yerində ölüb. Xəsarət alanlar Şəmkir rayon sakinləri, 2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov, 1990-cı il təvəllüdlü Asif Əliyev və 1988-ci il təvəllüdlü Röyal Sadıqovdur. Yaralılar Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıblar. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.