Sabah Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 34-39°, dağlarda gecə 11-16°, gündüz 20-25° olacaq.