Küləkli hava Cəlilabaddakı yanğının söndürülməsində çətinlik yaradır

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın başlayıb.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hava şəraitinin küləkli olması yanğın söndürmə işlərində çətinliklər yaradır.