Mərkəzi Bank: Bugünkü hərracda tələb 30,6 milyon dollar təşkil edib

İyulun 11-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 30,6 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.