Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüş keçirilib

Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri çərçivəsində fikir mübadiləsi aparılıb.