Kənd təsərrüfatı nazirinin Zaqatalada vətəndaşlarla görüş vaxtı dəyişdirilib
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iyulun 26-da Zaqatala rayonunda keçirəcəyi vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Nazirin vətəndaşlarla görüşünün keçiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Vətəndaşlar əlavə məlumat almaq üçün nazirliyin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.