Sergey Şoyqu Tehrana səfər edib
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana səfər edib.
TASS-ın xəbərinə görə, səfər çərçivəsində bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub.
S.Şoyqu İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri ilə danışıqlar aparacaq.