“Qarabağ” Zaqrebdə “Dinamo”nun qonağı olacaq

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək. 

Tarixində üçüncü dəfə bu mərhələyə yüksələn Azərbaycan çempionu “Qarabağ” Zaqrebdə “Dinamo”nun qonağı olacaq. 

Bakı vaxtı ilə 23:00-da start götürəcək görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, tərəflər arasındakı cavab matçı avqustun 28-də Bakıda keçiriləcək. 

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

20 avqust

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (İsveç)

VAR: Bastian Danker (Almaniya)

AVAR: Yohan Pfeyfer (Almaniya)

Zaqreb, "Maksimir"