SOCAR və BP “Qarabağ” və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalayıblar

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasında “Qarabağ” neft yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə SOCAR-a istinadən xəbər verir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Əsrin müqaviləsi”nin 30-cu ildönümündə SOCAR ilə bp arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığı daha da genişləndirəcək Anlaşma Memorandumunun imzalanmasından məmnunluğumu ifadə edib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə otuz il öncə imzalanan “Əsrin müqaviləsi”nin ölkəmizin enerji sektorunda əldə etdiyi tarixi uğurların əsasını qoyduğunu bildirən Rövşən Nəcəf Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyasına uyğun olaraq, Xəzər dənizində enerji sektoru üzrə tərəfdaşlığın genişləndirilməsi, innovasiyaların tətbiqi ilə davamlı inkişafın təmin olunması istiqamətlərində fəaliyyətlərin davam etdirildiyini diqqətə çatdırıb.