İsrail ordusu daha bir “Hizbullah” liderinin öldürüldüyünü açıqlayıb

İsrail ordusu Livanda “Hizbullah” hərəkatının mərkəzi şurasının üzvü Nabil Kaukun öldürüldüyünü açıqlayıb.

TASS xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Nabil Kauk sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hədəfli hava zərbəsi nəticəsində məhv edilib.