Suriya ordusu Bəşər Əsədin hakimiyyətinin başa çatmasını açıqlayıb

Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə zabitlərə məlumat verib.

Bu barədə "Reuters" agentliyi zabitlər arasında olan mənbəyə istinadən xəbər verib.

 "Al Jazeera" telekanalı bildirib ki, hərbçilər Suriya Müdafiə Nazirliyinin qərargahını tərk edirlər. Əsgərlər Dəməşqdə nəzarət-buraxılış məntəqələrini tərk edirlər.

Üsyançıların rəhbərliyi silahlılardan dövlət qurumlarını ələ keçirməməyi, hakimiyyətin planlaşdırılan transferini gözləməyi tələb edib. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Suriya xalqının seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa və hakimiyyətin “ötürülməsi” üçün hər cür tədbir görməyə hazır olduğunu bildirib.//Trend