Ötən gün 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Aprelin 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1,1 kiloqrama yaxın heroin, 5,3 kiloqrama qədər marixuana, 4 kiloqramdan artıq metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.