Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah ölkə ərazisində yollarda görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 10-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.