DİN: Bank kartlarından 39504 manat talanıb

Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından müxtəlif kiber üsullarla talamalar davam edir.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.
Aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
Nazirlik bir daha şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir. Qeyd olunur ki, qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.