Ərdoğan yeni dünya düzəninin qurulmasının Türkiyəsiz mümkün olmadığını DEYİB

Türkiyə Prezidenti ölkəsinin yeni dünya düzəni quruculuğunda mühüm rol oynadığını deyib.

Xezerxeber.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Böyük Millət Məclisində (TBMM) AK Partiyanın qrup toplantısındakı çıxışında danışıb.

O, ciddi proseslərin cərəyan etdiyi dünyanın çoxqütblü sistemə doğru getdiyini vurğulayıb:

“Türkiyə bu prosesdə çox mühüm rol oynayır. Hazırda Türkiyə qlobal siyasətdə baş verən sürətli hərəkətlənmə fonunda öz dayanıqlılığını qorumağa nail olan ölkələrdən biridir.

Açıq görünür ki, dünya təkqütblü dünyadan çoxqütblü dünyaya keçməyə doğru gedir. Türkiyə artıq elə bir vəziyyətdədir ki, heç bir ölkə yeni düzəndə bizim üçün rol müəyyənləşdirə bilməz. O baxımdan, yeni dünya nizamının Türkiyəsiz qurulması mümkün deyil”.