Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 Bildirilib ki, iyulun 16-sı axşamdan 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lerik, Yardımlı, Cəlilabad, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.