Ağdərədə və Zəngilanda baş verən yanğınların söndürülməsi üçün işlər davam edir

Ağdərə rayonunda baş verən yanğınların söndürülməsi istiqamətində işlər davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 Bildirilib ki, rayonun Ortakənd və Suqovuşan kəndləri istiqamətində, həmçinin Zəngilan şəhəri ərazisində açıq sahələrdə baş vermiş yanğınlarla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.