DİN: 70 kiloqrama yaxın narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 13-də ümumi çəkisi 70 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 3 tondan artıq çəkidə 3 min 267 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.