Oktyabrın 3-ə olan valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 3-ə olan valyuta məzənnələrini elan edib.

Yerveinsan.az bu barədə AMB-ə istinadən xəbər verir ki, bir ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişilməz olaraq 1,7000 manat səviyyəsində qalıb.

 Bir avronun manata olan nisbətdə məzənnəsi 1,9921 manat, 1 türk lirəsinin 0,0408 manat, 100 rus rublunun isə 2,0614 manat təşkil edib.