Nərimanov rayonunda oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Nərimanov rayonunda evlərin birində oğurluq hadisəsi olub. Zərərçəkən şəxs polisə müraciət edərək evindən 2 min avro, 100 dollar, 2 min 700 qriven (113 manat) və 500 manat dəyərində qızıl-zinət əşyasının talandığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Qəbələ rayon sakini Y. Qrestsenyuk müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.