Gədəbəydə dağlıq ərazidə yanğın olub
Gədəbəy rayonunun Şahdağ kəndində bələdiyyəyə aid dağlıq ərazidə 60 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

