Ərdoğan NATO zirvəsində “Avropa üçlüyü”ndən vəsait tələb edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya, Almaniya və Fransa ilə qaçqınların Suriyaya qaytarılması üçün Ankaraya vəsait ayrılması ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

TASS xəbər verir ki, danışıqların 3-4 dekabr tarixlərində Londonda keçiriləcək NATO Sammiti çərçivəsində baş tutması gözlənilir.

Görüşlər zamanı Ərdoğan suriyalı qaçqınlarla bağlı Türkiyənin həyata keçirdiyi siyasətin maliyyələşdirilməsi üçün vəsait tələb edəcək.

Çünki Türkiyə tərəfi suriyalı qaçqınları vətənlərinə qaytarmaq niyyətində olsa da, burada müvafiq infrastrukturun formalaşdırılması tələb olunur.