Çində koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 75 min 567, bu virus səbəbindən ölənlər isə 2239 nəfərə çatıb.

Çin Dövlət Səhiyyə Komitəsi xəbər verir ki, ötən sutka ərzində 889 nəfərin virusa yoluxması faktı qeydə alınıb, 118 nəfər virus səbəbindən ölüb. Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (411 nəfər) və ölüm (115 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.

İndiyədək 18 min 264 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 11 min 633 xəstənin vəziyyəti kirtikdir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 606 min nəfəri müəyyən edib, onlardan 120 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika, Misir və İranda 10000-dən çox yoluxma, 9 ölüm faktı qeydə alınıb.