Alimlər: havanın çirkli olduğu yerlərdə koronavirusdan ölüm sayı daha yüksəkdir
Alimlər belə qənaətə gəliblər ki, havanın daha çirkli olduğu yerlərdə koronavirusdan vəfat edən insanların sayı daha yüksəkdir.
"DW” xəbər verir ki, Almaniyanın Martin Lüter universitetinin alimləri araşdırmalarını İtaliya, Fransa, İspaniya, Almaniya və Çində aparıb.
Nəticədə havada nitrogen dioksidinin yüksək olmasının koronavirusdan ölüm sayına təsir etdiyi təsbit edilib.