Türk  Dünyasına Çağırış

Rövşən Tağıyev

Birləşmiş Ukraina Azərbaycanlıları Konqresinin sədri

 

Böyük  Türk dünyasının bir oğluyam mən,

Qılınc əvəzinə vuruşur qələm,

Yazıram qəlbimdə olan hissimi,

İstəyirəm eşitsin hər bir Türk məni.

 

Bizim min illərdir tariximiz var,

Altay dağlarında ərinməzdir qar,

Dünyanın yarısı olubdu bizim

Əbədi yazılıb Türkün hünəri,

 

Sonradan bizləri parçalayıblar,

Biri-birimizə yadlaşdırıblar.

Belə haqsızlığın çatıbdır sonu  

Deməli sözlərlə ürəyim dolu.

 

Ey Sibir türklərim, Asiyalılarım,

Qafqaz qardaşlarım, Krım tatarlarım,

Macar türklərim, Bosforcularım,

Bu gücü verib bizlərə Tanrı.

 

Qalxarıq ayağa Turan yaransa,

Haq və ədalət gələr dünyaya,

Düşmənlər - namərdlər yox olub itər

Şərəf duyğusu ilə  yaşayar Türklər.

 

Fərq etməz Oğuzsan, yada ki, Qıpçaq

Hamımız qardaşıq bu ki, danılmaz

Artıq vaxt gəlib addımı atmaq

Birliyə gedişi olmaz saxlamaq.

 

Türk dünyasının  Günəşi yanır,

Zaman gözləyir bizdən barışı...

Çağırış edirəm hər bir Türkə mən,

 Tezlikə birləşək sağalsın Bədən...