Türkiyədə PKK terror təşkilatının 6 üzvü zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri mayın 9-da ölkənin Tuncəli vilayətində uğurlu antiterror əməliyyatı keçirib.

Əməliyyat nəticəsində PKK terror təşkilatının 6 üzvü zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşı yüngül yaralanıb. Əməliyyatların davam etdiyi bildirilir.