Azərbaycanda 78 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 513 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1 066 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 952, ötən müddət ərzində isə ümumilikdə 3 802 992 test aparılıb.