Türkiyədə yenə zəlzələ oldu

Türkiyədə növbəti zəlzələ hadisəsi baş verib.
Yerveinsan.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi tviter səhifəsində məlumat verilib.
Zəlzələ Malatya vilayətinin Yeşilyurt rayonunda qeydə alınıb. Rixter şkalası ilə 5 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 10.5 kilometr dərinliyində yerləşib.
İtki və ya dağıntılarla bağlı məlumat verilməyib.