Rumıniyada 5,7 bal gücündə zəlzələ olub

Rumıniyanın cənub-qərbində 5,7 bal gücündə zəlzələ baş verib.

Anadolu Agentliyi xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin episentrinin Drobeta-Turnu Severin şəhərindən 73 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.

Dərinliyinin 40 kilometr olduğu təsbit edilən 5,7 bal gücündə zəlzələ nəticəsində hələ ki, itki qeydə alınmayıb.