Ərdoğan: 114 834 nəfər dağıntılar altından sağ çıxarılıb

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri yekunlaşmaq üzrədir.

Yerveinsan.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə bildirib.

Türkiyə liderinin sözlərinə görə, zəlzələdə həlak olan 41 156 nəfər dəfn edilib.

O, 114 834 nəfərin dağıntılar altından sağ çıxarıldığını qeyd edib.