Müasir Azərbaycanda Milli Dövlət Quruculuğu və Dərin İslahatlar Strategiyası

 S.e.f.d. dosent  Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı

 

            Azərbaycan müstəqillik qazandıqdan sonra  dövlət aparatının, dövlət idarəetmə sisteminin yenidən qurulması və dövlət qulluğunun formalaşması mərhələsinə başlanılır. İslahatların həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin buradakı rolu çox böyükdür. Onun, “Hüquqi islahatlar komissiyasının yaradılması haqqında” Sərəncamının (1996) və “Dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Fərmanının (1998) bu prosesə təsiri olduqda əhəmiyyətli amil kimi vurğulanır.  1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsi hazırlandı və həmin il noyabr ayının 12-də Konstitusiya layihəsi  ümumxalq səsverməsi yolu ilə qəbul edilərək noyabrın 27-də qüvvəyə mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi özülü qoyuldu. Həmin dövrdə hələ dövlət qulluğu ilə bağlı ayrıca qanun qəbul edilməmişdi. Lakin Azərbaycan Respublikasının Konstitusiyasında dövlət qulluğunun konstitusional prinsiplərinin əsasları əks olunmuşdur. Konstitusiyada Azərbaycan vətəndaşlarına dövlətin idarə edilməsində iştirak və dövlət qulluğuna qəbul hüququnu verən ayrıca maddə var. Məhz Konstitusiyanın 55-ci maddəsində "Dövlətin idarə olunmasında iştirak etmək hüququ" təsbit edilmişdir.

Ümummilli liderin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə atdığı addımlar sayəsində  "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları qəbul edildi. Məhz həmin dövrdə "dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışları gündəmə gəldi.

18 oktyabr 1991-ci il Azərbaycnın tarixində xüsusi gün kimi qeyd edilir. Bu tarixdə Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmiş və müstəqillik günü kimi qeyd edilir.

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olundu. 1991-1993-cü illərdə dövlət siyasəti deklarativ xarakter daşıyırdı. Buna görədə dünya ölkələrinin əlaqələri tam deyildi.

Bir ölkənin müstəqilliyinin əsas göstəricilərində biri konstitusiyadır. Həmin dövrdə Azərbaycanda ali qanun mövcud deyildi. Həmçinin parlament formalaşdırılmamışdı və qanunlar qəbul edilməmişdi.

1993-cü ildə siyasi hakimiyyət böhrana və iflasa uğradı. Bunun səbəbi idarəçilik iyeararxiyası, ölkə daxilindəki vətəndaş müharibəsi, milli-vətəndaş qarşıdurmasının olması idi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın tələbilə hakimiyyətə gəlişi ilə bu vəziyyət dəyişdi. O Azərbaycan Respublikasının bütün sahələrində dövlət quruculuğu proseslərini başlandı.

Bu dövrdə sisyasi sistem formalaşdırıldı, idarəçilik institutları yaradıldı, demokratik idarəçilik rejimi seçildi və bütün bunlar ölkənin yeni Konstitusiyasına əlavə edildi.

Bu sistem zaman keçdikcə xalqın milli xüsusiyyətlərini və respublikanın tarixi şəraitinin reallıqlarına uyğun olaraq dəyişdi və inkişaf etdi.

Azərbaycan Respublikasının siyasi sisteminin formalaşmasının hüquqi cəhətdən başa çatması çoxpartiyalı sistem əsasında parlamentin yaradılması və yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlıdır.

1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi.

Siyasi sistemin bütün ölkələrdə cəmiyyətin siyasi həyatının təşkilatlandırıcı, istiqamətverici və institusional-hakimiyyət əsası kimi çıxış edir.

Siyasi sistem siyasi hakimiyyəti təşkil edir, bütün cəmiyyətdəki, ayrı-ayrı siyasi, ictimai institutlarla dövlət arasındakı münasibətləri tənzimləyir, cəmiyyətin vahid orqanizm kimi mövcud olmasına təminat yaradır, proseslərin istiqamətlərini müəyyənləşdirir.

Demokratik idarəçilik rejiminə malik ölkələrdə siyasi sistem bir-birilə qarşılıqlı əlaqədə olan alt sistemlərdən ibarətdir. Eyni ilə Azərbaycanda da siyasi sitemi qarşılıqlı əlaqədə olan elementlərdən ibarətdir.

Demokratik xarakter daşıyan siyasi sistemlər bütün milli və vətəndaş resurslarını ictima-siyasi proseslərə cəlb etdikdə üstün imkanlara və xüsusiyyətlərə malik olur.

1993-cü ildən başlayaraq Azərbaycanın siyasi sistemində vətəndaşların rolu artdı. Insanlar siyasi partiya üzvü, siyasi fəal və s. kimi proseslərdə iştirak edə bilərdilər.

Azərbaycanın demokratik siyasi sisteminin inkişafının əsasında dayanan ən önəmli faktor siyasi resusrları özünə çəkməsi idi.

Siyasi hakimiyyətə, vətəndaşların, sosial qrupların və siyasi institutların davranışını tənzimləməyə, kordinasiya etməyə, vətəndaş cəmiyyətinə məqsədyönlü formada təsir göstərməyə şərait yaradan bu resurslar oldu. Həmçinin bu resurslar vətəndaşların və sosial qrupların ictimai fayda götürməsini həyata keçirdi və cəmiyyətin tarazlı inkişafını təmin etdi.

Azərbaycanın siyasi sisteminin xarakterik xüsusiyyəti odur ki, ictimaiyyətin tələblərini, vətəndaşların, sosial qrupların müxtəlif maraqlarını və mənafelərini və eyni zamanda dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsindəki ümumi maraqlar balansını nəzərə alır.

Bütün bunların təmin edilməsinin əssas şərti ilk növbədə ölkənin siyasi sisteminin açıq, demokratik və hüquqi xarakter daşıması, dövlətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlərin demokratik normalar çərçivəsində tənzimlənməsidir .

Azərbaycan 30 ildən artıq müstəqillik dövründə bir çox təlatümlü illərdən keçmiş, çətinliklərə sinə gərmiş və ictimai həyatın bütün sahələrində möhtəşəm uğurlara imza ataraq regionun qüdrətli, sayılıb-seçilən lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasındakı yerini inamla qoruyub saxlayır. Azərbaycanın bu gününə böyük strategiya, ümummilli lider Heydər Əliyevin milli maraqlara söykənərək müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası zəmin yaratmış, demokratik, davamlı yeni iqtisadi inkişaf modelinin formalaşması da məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulmuşdur.

Ölkənin ictimai həyatında, siyasi və sosial sahələrdə köklü dəyişikliklər baş vermişdir. Əhalinin gəlirləri davamlı olaraq artmış, dövlət inflyasiyanı nəzarət altına almış, bank-maliyyə, tikinti, infrastruktur, mədəniyyət, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə nəhəng addımlar atılmışdır.

Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında milli iqtisadiyyatın struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliyinin keyfiyyət müstəvisinə keçirməyin zəruriliyi ön plana çəkilmişdir.

Cənab İlham Əliyevin son 12 ildə imzaladığı məqsədyönlü fərman və sərəncamlar, qəbul etdiyi praqmatik qərarlar, habelə obyektiv reallıqdan irəli gələn addımlar ölkəmizin davamlı və dinamik inkişafını təmin etmiş, həyata keçirdiyi islahatlar inkişaf mexanizmini daha çevik və işlək vəziyyətə gətirmişdir. Bütün bunlar davamlı inkişafın Azərbaycan modelinin və insan inkişafının aydın görünən təzahürləridir. Onun nəticəsində insanların uzun və sağlam həyat yaşaması, təhsil və bilik əldə etməsi, onların həyatına təsir edəcək qərarların qəbul olunmasında və bütövlükdə cəmiyyətin ictimai həyatında fəal iştirak etməsi prosesi reallaşır.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət idarəçiliyində həyata keçirilən islahatlar

1.     Dövlət orqanlarının elektron xidmətləri

2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin fərmanına əsasən, dövlət orqanlarının elektron xidmətləri yaradılmışdır. Açıq hökumətin təşviqinə dair 2012-2015- ci illər üçün Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron xidmətlərin təkmilləşdirilməsi olmuşdur. Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN)

Dövlət idarəetməsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri Prezidentin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması oldu. Agentlik dövlət orqanlarında şəffaflığın artırılmasının, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə göstərilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara əməl edilməsinin və vətəndaş məmnunluğunun təmininin zəruriliyindən yaradılmışdır. Agentliyin yaradılması "vətəndaş - dövlət qulluqçusu" münasibətlərinin inkişafı, vəzifəli şəxslərdə yeni düşüncə tərzinin və fəaliyyət üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, eyni xidmətləri bir neçə dövlət orqanı göstərdikdə onlar arasında sağlam rəqabət mühiti yaranır ki, bu da korrupsiyanın, süründürməçiliyin qarşısını almağa və vətəndaş məmnunluğunun təmininə səbəb olur. Bu xüsusiyyətin islahatlar prosesində nəzərə alınması bir neçə orqanın xidmətlərini bir qurumda təqdim edən "ASAN xidmət" mərkəzlərinin yaradılması ilə  nəticələnmişdir. Eyni xidməti göstərmək imkanının paralel olaraq bir neçə quruma verilməsi vətəndaşa xidmət qurumunu seçmək imkanı yaradır. Məhz bu seçim səmərəlilik göstəricisini müəyyənləşdirir, şəffaflıq, asanlıq, çeviklik və vətəndaş məmnunluğu prinsiplərini önə keçirir, innovativ fəaliyyətin genişlənməsi  müasir dövrün əsas çağırışlarından birinə çevrilir .

3. Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sahədə əldə olunan müsbət dəyişikliklər, öz növbəsində, dövlət idarəçiliyi sistemində islahatlar aparılmasını tələb edir.

       2019-cu il Yanvarın 16-da Azərbaycan Prezidentinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən, nazirliyin bir sıra departament, mərkəz və institutları birləşdirildi, bəziləri ləğv edildi.

Həmin il yanvarın 14-ü imzalanan fərmana əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

4. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST)

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Respublikası Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. Fərmana görə, bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir.

Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edirlər .

5. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”-nin hazırlanması

Azərbaycan Respublikasında milli iqtisadiyyatın inkişafı ilə bağlı hökumət tərəfindən hazırlanan və uğurla həyata keçirilən qanunvericilik aktlarından biri də “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”dir. Haqqında bəhs edilən Yol Xəritəsi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir Strateji Yol Xəritəsində Azərbaycan iqtisadiyyatının perspektivləri ilə bağlı dörd əsas strateji məqsəd müəyyən olunmuşdur. Həmin məqsədlərə nail olmaq üçün dörd strateji hədəf müəyyən edilmişdir. Birincisi hədəf fiskal dayanıqlılığın və stabilliyin təmin olunması, ardıcıl olaraq monetar siyasətin tətbiq edilməsidir. İkinci hədəf dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların aparılması və özəlləşdirmənin ardıcıl şəkildə həyata keçirilməsidir. Üçüncü hədəf müasir dövrün ən dəyərli kapitalı mahiyyətini daşıyan insan kapitalın artırılması və hərtərəfli inkişaf etdirilməsidir. Dördüncü hədəf ölkədə biznesin istənilən sferası və sahəsi üçün əlverişli mühit yaratmaq və mövcud biznes şəraitini daha da inkişaf etdirərək təkmilləşdirməkdir.

 6. Təhsildə islahatlar:

• Azərbaycan müstəqillik əldə etdikdən sonra, müasir tələblərə cavab verən, uşaqların dünyagörüşünü artıran, onların fiziki inkişafını təmin edən, sağlamlığını qoruyan yeni tipli müəssisələrin açılmasını təmin edilmişdir.

•Regionların xüsusiyyətlərini və tələbatını nəzərə almaqla, buradakı müxtəlif tip və növlü təhsil müəssisələrinin inteqrasiyası nəticəsində yeni təhsil kompleksləri yaradılmışdır.

•Ümumtəhsil məktəbləri şəbəkəsində özəl sektoru stimullaşdırılmışdır.

•Ali və orta peşə ixtisası sahəsində kadr hazırlığının çevikliyini və dinamikliyini təmin etmək məqsədi ilə mövcud təhsil müəssisələri şəbəkəsini optimallaşdırılmışdır.

•Təhsil sisteminin müxtəlif tipli müəssisə və təşkilatları üçün rəhbər kadrların hazırlanması və yenidən hazırlanmasını təşkil edilmişdir.

•Bu gün Azərbaycanın ümumi təhsil sistemində məzmun islahatları "Kurikulum islahatları" adı altında aparılır.

7. Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs (ABAD)

“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

“ABAD” dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrini həyata keçirilir. Həmin layihələrin icrasının təmin edilməsi məqsədi ilə yerli, xarici və beynəlxalq şirkət və təşkilatlarla əməkdaşlıq münasibətləri qurulub və investisiyalar cəlb edilib. Qeyd edək ki, istehsal olunan məhsulların üzərində istehsalçı ailənin adı ilə yanaşı, məhsulun “ABAD”ın nəzarəti altında hazırlandığını göstərən müvafiq nişan yerləşdirilir.

Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”

        Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

Dövlət qulluğu sahəsində həyata keçiriləcək islahatların ümumilikdə ölkəmizdə dövlət idarəetməsinin inkişafı konsepsiyası ilə uzlaşmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafının aşağıdakı əsas prinsipləri müəyyən edilir:

− meritokratiya: dövlət qulluqçularının seçilməsində, qulluqda yüksəlişində və dövlət qulluğu keçməsində bilik, bacarıq, dünyagörüşü və şəxsi keyfiyyətlərin əsas amil kimi rəhbər tutulduğu sistemin qurulması;

− şəffaflıq və hesabatlılıq: dövlət qulluğu sahəsində islahatlar şəffaf həyata keçirilir, bütün tədbirlər barədə ictimaiyyət məlumatlandırılır;

− sistemlilik və planlılıq: dövlət qulluğunun inkişafı üzrə tədbirlər yekun nəticəyə xidmət edən ardıcıl, məqsədyönlü və kompleks islahatlar formasında planlı şəkildə həyata keçirilir;

− innovasiyaların tətbiqi: dövlət qulluğu sahəsində fəaliyyət dövlət idarəetməsində ən son yeniliklərin tətbiqi və innovativ yanaşma ilə həyata keçirilir;

− səmərəlilik: dövlət qulluğunun inkişafı ilə əlaqədar tədbirlərə sərf edilən resurslar əldə edilməsi gözlənilən nəticələrə mütənasib olmalıdır;

− istisnalara yol verilməməsi: dövlət qulluğunun inkişafına dair islahatların həyata keçirilməsi zamanı dövlət qulluqçularına subyektiv amillərdən çıxış edərək üstünlük verilməsi və ya onların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

Müasir dövrdə  dövlət qulluğunda kadr siyasətinin inkişafı

Kadr siyasətinin strateji istiqaməti dövlətin inkişafı üçün vacib olan kadr potensialının yaradılmasına və ondan səmərəli istifadəyə xidmət etməklə müvafiq olaraq dövlətin gücləndirilməsinə və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlir. Ümumdövlət siyasətinin əsasında formalaşan, mürəkkəb struktura və obyektiv məzmuna malik olan kadr siyasəti səmərəli dövlət qulluğu üçün zəruri əhəmiyyət kəsb edir. Məhz kadrlar dövlət qulluğunun vəzifələrinin yerinə yetirilməsi üçün mühüm amildir. Dövlət qulluğunda kadr siyasəti dövlət qulluqçularının seçilməsi, yerləşdirilməsi, qiymətləndirilməsi və inkişafı sahəsində həyata keçirilən tədbirlərin sistemidir. O, dövlətin vahid siyasətinin tərkib hissəsi olub, müvafiq olaraq onun vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Hazırda respublikamızda kadr siyasəti peşəkarlığa, müasirliyə, milli ideologiyaya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdətinə əsaslanır. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, yaradıcı təfəkkürlü, yüksək ixtisaslı, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması üçün mühüm tədbirlər görülür.

Dövlət qulluğunda kadr siyasətinin strateji istiqamətindən irəli gələn vəzifələrinə kadr tələbatının planlaşdırılmasını, dövlət qulluğuna vətənpərvər, məsuliyyətli, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların seçilməsini və yerləşdirilməsini, gənclərin dövlət qulluğuna cəlb olunmasını, qiymətləndirmədə obyektivliyin təminini, insan resurslarının məqsədyönlü idarə olunmasını, rəhbər vəzifələr üçün ehtiyat kadrların formalaşdırılmasını, kadr potensialının, kadrların fərdi inkişafını və s. aid etmək olar. Bu vəzifələrin icrası üçün müsabiqə, müsahibə, qulluqda irəliləyiş, attestasiya, fəaliyyətin qiymətləndirilməsi kimi mexanizmlərdən istifadə olunur. Kadr siyasətinin strateji istiqaməti dövlətin inkişafı üçün vacib olan kadr potensialının yaradılmasına və ondan səmərəli istifadəyə xidmət etməklə müvafiq olaraq dövlətin gücləndirilməsinə və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlir. Ümumdövlət siyasətinin əsasında formalaşan, mürəkkəb struktura və obyektiv məzmuna malik olan kadr siyasəti səmərəli dövlət qulluğu üçün zəruri əhəmiyyət kəsb edir. Məhz kadrlar dövlət qulluğunun vəzifələrinin yerinə yetirilməsi üçün mühüm amildir. Dövlət qulluğunda kadr siyasəti dövlət qulluqçularının seçilməsi, yerləşdirilməsi, qiymətləndirilməsi və inkişafı sahəsində həyata keçirilən tədbirlərin sistemidir. O, dövlətin vahid siyasətinin tərkib hissəsi olub, müvafiq olaraq onun vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Hazırda respublikamızda kadr siyasəti peşəkarlığa, müasirliyə, milli ideologiyaya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdətinə əsaslanır. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, yaradıcı təfəkkürlü, yüksək ixtisaslı, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması üçün mühüm tədbirlər görülür.

         Dövlət qulluğunda kadr siyasətinin strateji istiqamətindən irəli gələn vəzifələrinə kadr tələbatının planlaşdırılmasını, dövlət qulluğuna vətənpərvər, məsuliyyətli, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların seçilməsini və yerləşdirilməsini, gənclərin dövlət qulluğuna cəlb olunmasını, qiymətləndirmədə obyektivliyin təminini, insan resurslarının məqsədyönlü idarə olunmasını, rəhbər vəzifələr üçün ehtiyat kadrların formalaşdırılmasını, kadr potensialının, kadrların fərdi inkişafını və s. aid etmək olar. Bu vəzifələrin icrası üçün müsabiqə, müsahibə, qulluqda irəliləyiş, attestasiya, fəaliyyətin qiymətləndirilməsi kimi mexanizmlərdən istifadə olunur .

Dövlət orqanlarında kadr siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsi məqsədilə həmin orqanların rəhbərləri kadr siyasətini fəaliyyətin prioritet sahəsi kimi qəbul edir, tabeliklərində olan rəhbər vəzifəli şəxslərin insan resursları ilə işə daha çox diqqət yetirmələrini təmin edir, özlərinin və tabeliklərində olan rəhbər vəzifəli şəxslərin bu sahədə biliklərinin artırılması üçün zəruri tədbirlər görürlər.

Dövlət orqanlarında kadr siyasəti planlı şəkildə həyata keçirilir və insan resurslarının idarə edilməsi sahəsində şəffaflıq təmin olunur. Şura və Mərkəz dövlət orqanlarına kadr siyasətinin formalaşdırılması və həyata keçirilməsi ilə bağlı zəruri təşkilati və metodiki kömək göstərilir, rəhbər vəzifəli dövlət qulluqçuları üçün müvafiq sahədə təlimlər təşkil edilir.

         Ulu Öndər Heydər Əliyevin idarəçilik irsi  və kadr siyasəti

  Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycan xalqı firavan və rifah içində yaşayır və yaşayacaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasətçi olmuş,bu uzaqgörənliyi isə ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Ulu öndərimizin rəhbərliyinin ilk dövründə –  60-cı illərin axırlarında  Azərbaycan iqtisadi  və mədəni tənəzzül   dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda KP MK-nın katibi seçilmiş və bu dövrdə Azərbaycanın gələcəyə aparan yollarını müəyyən etmişdir. Bu səbəbdən bu dövr Heydər Əliyev dövrü kimi xatırlanır. Ulu öndər rəhbərliyinin ilk dövründə təməli möhkəm olan inkişaf strategiyasına başlamış və bu strategiyanın həyata keçirilməsində böyük səy göstərmişdir.

 Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət idarəçilik sisteminin qurulması üçün atdığı növbəti addım 21 iyul 2000-ci ildə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə bağlı oldu. Bu qanun Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, bu sahədə kadr siyasətinin əsas prinsiplərini, dövlət qulluqçularının cəmiyyətdəki yerini və onların hüquq və vəzifələrini müəyyənləşdirdi.

Dövlət qulluğunun daha səmərəli təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların, metodik göstərişlərin layihələrinin hazırlanması və digər məsələlərin tənzimlənməsi üçün Ümummilli Lider Heydər Əliyev 2002-ci il martın 29-da "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə qanun imzaladı. Şura vahid dövlət kadr siyasətinin formalaşdırılmasında iştirak etməli, hakimiyyət orqanlarında dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlilini aparmalı, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması və planlaşdırılması işinin həyata keçirilməsini təşkil etməli idi. Şura 18 nəfər üzvdən ibarət tərkibdə təşkil edildi və dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işinin əlaqələndirilməsini, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda şikayətlərə baxılmasını, dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanmasını, dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət edilməsi işini və şuranın səlahiyyətlərinə aid edilən digər məsələləri təşkil etdi.

Azərbaycanda dövlət qulluqçularının sayı

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılmış, həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılmışdır.

2022-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 26,7 min nəfər olmuşdur ki, onların da 28,0 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 6,8 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,4 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,8 faizi 6-cı təsnifatı, 48,4 faizi 7-ci təsnifatı, 21,0 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.

Dövlət qulluqçularının 7,0 faizi 1 ilədək, 23,1 faizi 1 ildən 5 ilədək, 25,9 faizi 5 ildən 10 ilədək, 17,2 faizi 10 ildən 15 ilədək, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,5 faizini 25 yaşadək, 13,3 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,1 faizini 35-39 yaşda, 12,2 faizini 40-44 yaşda, 9,3 faizini 45-49 yaşda, 8,7 faizini 50-54 yaşda, 10,4 faizini 55-59 yaşda, 9,6 faizini 60-64 yaşda, 1,6 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

Dövlət qulluğu haqqında qanun 21 iyul 2000-ci ildə qəbul olunub,1 sentyabr 2001-ci ildə qüvvəyə minmişdir.Dövlət Qulluğu haqqında qanuna dəyişikliklər bu tarixlərdə olmuşdur:

•13 fevral 2001-ci il; •2 iyul 2002-ci il ;•17may 2011-ci il ;•03 aprel 2015-ci il ;•31 may 2016-cı il ;•31 yanvar 2020-ci il ;•14 iyul 2021-ci il ;•10 aprel 2023-cü il.

  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət Qulluqçularının seçilməsində rolu

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi  dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.

Mərkəzi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası idarə edir.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, hazırda dövlət qulluğu vəzifələrinə namizədlərin seçimində tətbiq olunan ilk mərhələ - test imtahanı müəyyən olunmuş təməl meyarlar əsasında ilkin filtrasiyanı həyata keçirməyə imkan verir. İkinci - müsahibə mərhələsində isə artıq konkret vəzifənin tələblərinə uyğun qiymətləndirmə aparılır. Üz-üzə müsahibə şəklində təşkil olunan bu mərhələdə komissiya üzvləri tərəfindən namizədlərin vəzifə üzrə əsas bilik və bacarıqları ilə yanaşı, onların dünyagörüşü və fərdi keyfiyyətləri, o cümlədən işə yanaşmaları, motivasiyası, ünsiyyət, problem həll etmə və qərarvermə kimi qabiliyyətləri qiymətləndirilir.  Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri  dediyinə görə, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət qulluğu üzrə kadrların seçilməsi üçün imtahanların təşkili, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət, dövlət qulluqçuları reyestrinin aparılması və digər əlaqədar funksiyalar Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin səlahiyyət dairəsinə daxil edilib. Mərkəzin əsas fəaliyyəti dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək,  dövlət qulluğuna namizədlərin müsabiqə yolu ilə seçilməsi, dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətinin öyrənilməsidir. Həmçinin, dövlət qulluğunda etik davranış qaydalarına əməl edilməsinə nəzarət, dövlət qulluqçularının peşəkarlığının artırılmasına dair müvafiq tədbirlərin görülməsi,  dövlət qulluğunda maarifləndirilmənin həyata keçirilməsi, dövlət qulluqçularının reyestri və vəzifələrin idarə olunması üzrə elektron sistemlərin yaradılması və təkmilləşdirməsi də buraya daxildir: "Vətəndaşların dövlət qulluğuna qəbulu və dövlət qulluqçularının daha yüksək vəzifələrə təyinatı prosesində mərkəzləşmiş qiymətləndirmə və çoxpilləli seçmə sisteminin tətbiq edilməsində məqsəd dövlət qulluğu vəzifələrinə ən layiqli şəxslərin seçilməsini təmin etmək və dövlət qurumlarının səmərəliliyini artırmaqdan ibarətdir. Namizədlərin qiymətləndirilməsi, seçimi, təyinatı ilə əlaqədar standartların, meyarların və qərarvermə mexanizmlərinin şəffaf, ədalətli, anlaşılan olması sağlam rəqabət mühitinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir ki, bu da insanların motivasiyasına müsbət təsir edən amildir.

Cənab İlham Əliyevin idarəçiliyində davamlı inkişaf naminə Respublikada aparılan islahatlar

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi onun uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmağa başlandı.

Yaxşı düşünülmüş və mərhələli şəkildə həyata keçirilən iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmağa başlandı. Təbiidir ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ölkədə sahibkarlıq mühitinin formalaşdırılması, sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması, sahibkarlıq təbəqəsinin müdafiə edilməsindən birbaşa asılı idi. Sahibkarlıq anlayışının olmadığı bir iqtisadi sistemdən yeni bir iqtisadi tranformasiyaya qədəm qoyan bir ölkə üçün bu o qədər də asan bir məsələ deyildi. Heç də təsadüfi deyildir ki, müstəqil respbulikamızın ilk qanunvericilik aktlarından biri sahibkarlıq fəaliyyəti ilə bağlı idi. Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.

         Azərbaycan Respublikasının sahibkarlıq sektorunun inkişafı göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər özünü göstərməkdə davam edir.

       Ümumi mülkiyyətə əsaslanan sistemin dağılması mülkiyyət münasibətlərinin sturkturunda da ciddi dəyişiliklərə səbəb olmuşdur. İqtisadiyyatda müxtəlif mülkiyyət formalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir.

Bazar münasibətlərinin tələblərinə uyğun olaraq ölkə iqtisadiyyatında kiçik sahibkarlığın inkişafı prosesi davam etmişdir. Ölkədə fəaliyyət göstərən kiçik müəssisələrin sayı və strukturunda müsbətə doğru ciddi dəyişikliklər baş vermişdir. Özəlləşdirmə və mülkiyyət münasibətlərinin qurluşunda baş verən dəyişilik ölkədə sahibkarlıq təbəqəsinin formalaşmasına stimul verməklə yanaşı islahatların sadəcə kiçik bir hissəsi idi. Ümumilikdə məqsədli və konkret hədəfə istiqamətlənmiş ardıcıl, məntiqli iqtisadi siyasətin həyata keçirilməsi respublikanı düşdüyü böhran vəziyyətindən çıxardı və iqtisadi uğurlar mərhələsinin başlanğıc nöqtəsi oldu.

Təbiidir ki, iqtisadi islahatların ən əhəmiyyətlisi və tale yüklüsü ölkə iqtisadiyyatının ən aparıcı sahəsi hesab edilən aqrar sahədə həyata keçirildi. Sözsüz ki, ittifaqın dağılmasında böyük zərbələrdən biri də ölkənin kənd təsərrüfatına dəymişdi. İstehsal infrastrukturu dağılmış, emal müəssisələri ilə olan iqtisadi əlaqələr qırılmış, illərlə uzun əziyyətlər bahasına formalaşdırılmış potensial məhv olmaq həddinə gəlib çatmışdı. Qeyd etmək lazımdır ki, təkcə 1990-1995-ci illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalı 58 faiz azalmışdı.Kənd təsərrüfatını düşdüyü bu ağır, böhranlı vəziyyətdən çıxarmaq mövcud olan böyük istehsal və resurs potensialından səmərəli istifadəni, kənd təsərrüfatının spesifik xüsusiyətlərini nəzərə almağı ön plana çəkirdi. Bunun üçün aqrar islahatların bazar münasibətlərinə keçilməsi əsas istiqamət götürülməklə, köklü islahatların həyata keçirilməsi, əkinçilik və heyvandarlığın dünya təcrübəsinin nailiyyətləri və elmi əsaslarla inkişaf etdirilməsi, idarəetmədə iqtisadi amillərə üstünlük verilməsi vacib idi. Məhz bu məqsədlə bir sıra ciddi tədbirlər həyata keçirilməyə və bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına başlandı.

Ümumiyyətlə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində, aqrar sahədə islahatların aparılmasına və onun daha da dərinləşməsinə, mülkiyyət münasibətlərinin və sahibkarlığın formalaşdırılmasına dair yüzlərlə normativ-hüquqi sənədlər qəbul olundu, aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması və müxtəlif növ təsərrüfat subyektlərinin yaradılmasının, eyni zamanda, aqrar bölməyə dövlət himayəsinin istiqamətləri və aqrar bazarın dövlət tənzimlənməsinin hüquqi əsasları yaradıldı. Aparılmış aqrar islahatlar, qəbul edilmiş hüquqi-normativ sənədlər, kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən hərtərəfli dəstəklənməsi, əhalinin ərzaq məhsullarına artan tələbatının ödənilməsi ilə ərzaq təhlükəsizliyinin təmin edilməsində aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq, xüsusən dənli və dənli-paxlalı bitkilərin, kartof, tərəvəz və bostan məhsullarının, heyvandarlıq məhsullarının istehsalında mütəmadi olaraq dinamik inkişaf əldə edilmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal (ÜDM) olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb.

      Göründüyü kimi, ÜDM-in artımı əsasən qeyri neft-qaz sektorunun hesabına davam edir. Bu sektorun ÜDM-də payı cari ilin yanvar-sentyabr aylarında 51,3 faiz olub. Bu mənada ÜDM-dəki artım qeyri neft-qaz sektorundakı yüksək artım tempi ilə əlaqədardır. Çünki qeyri-neft sektorunun iqtisadiyyatdakı payı neft-qaz sektoru ilə demək olar eynidir.

          O da məlumdur ki, ölkə iqtisadiyyatının əsas hissəsini sənaye təşkil edir. Rəsmi statistikaya görə, 2022-ci ilin ilin yanvar-sentyabr aylarında ÜDM-in 52,2 faizini iqtisadiyyatın bu sahəsi təşkil edib. Neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalsa da, qeyri neft-qaz sektorunda 7,2 faiz artıb. Lakin neft-qaz sektorunun bu sahədə payının böyük olması ümumi sənaye istehsalında 0,6 faizlik kiçilməni qaçılmaz edib. Belə ki, Azərbaycan iqtisadiyyatının əsas hissəsini sənaye təşkil etsə də, bunun 80 faizə qədəri neft-qaz sənayesinin payına düşür.

           Göründüyü kimi, Azərbaycan iqtisadiyyatın artım tempinə görə digər Qafqaz ölkələrini təxminən iki dəfə qabaqlamış, həmçinin MDB-də ilk yeri tutmuşdur. Bundan başqa, sözügedən dövr ərzində iqtisadi artımı şərtləndirən amillərin də diversiyası baş vermişdir. Belə ki, əgər 2003-2008-ci illərdəki iqtisadi artıma səbəb neft sektorunda güclü hasilat idisə, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynamışdır və 2010-cu ildən etibarən neft sektorunda azalmaya baxmayaraq, ölkə iqtisadiyyatının artım tempini qorumuşdur. Ötən 10 il ərzində iqtisadi artımın neft amilindən asılılığı minimuma endirilmiş, daha çox bazar konduktoruna uyğunlaşdırılmış istehsal mühiti formalaşdırılmışdır ki, bunun da nəticəsində iqtisadi artımın dinamikliyi və neftdən asılılığın azalması təmin edilmişdir.

          Müasir dövrdə ölkənin qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatın neftdən asılılığının azaldılması, iqtisadi inkişafın digər sahələrə yayılmasının təmin edilməsi, cənab prezidentin təbirincə desək “neft kapitalının insan kapitalına çevrilməsinin” formalaşdırılmasıdır.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur. Ərzaq təhlükəsizliyinin təmin edilməsi və etibarlı ərzaq təminatı sisteminin formalaşdırılması baxımından ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkə başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

        Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ərzaq təhlükəsizliyinin və davamlı inkişafın təmin olunması get-gedə güclənməkdədir .

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət qulluğunda həyata keçirilən islahatlar

     Azərbaycan müstəqillik əldə etdikdən sonra, dövlət qulluğu sahəsində bir çox islahatlar həyata keçirildi. Azərbaycan Respublikasında son illərdə dövlət qulluğunda ciddi islahatlar həyata keçirilmişdir.

• İlk olaraq, yeni bir konstitusiya hazırlandı və 1995-ci il sentyabrında referendumla təsdiq edildi. Bu konstitusiya, azadlıqları və hüquqları qoruyan maddələrlə zənginləşdirildi.

•Bu islahatların ən vaciblərindən biri, 2016-cı ilin iyulunda qəbul edilmiş yeni “Dövlət Xidmətləri” qanununun tətbiqidir. Bu qanunla, Azərbaycan Respublikasında dövlət qulluğunun fəaliyyətinin tənzimlənməsi və standartlaşdırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilmişdir. Bu yeniliklər arasında, dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət qulluğu sahəsində yeni standartların təyin edilməsi, dövlət qulluğu proseslərinin sürətləndirilməsi və s. daxildir.

•Həmçinin, dövlət qulluğunda işləyən insanların təlimləri və yüksək keyfiyyətli kadrların yetişdirilməsi üçün də bir çox tədbirlər həyata keçirilmişdir.

•İctimai-siyasi təşkilatların yaranması, siyasi partiyaların yaradılması və seçki prosesinin təkmilləşdirilməsi kimi bir sıra dövlət qulluğu sahəsində önəmli addımlar atıldı.

•Dövlətin idarəetmə sistemi, rayonlar və şəhərlər arasında maliyyə bölgüsü yaradıldı. Bu, ölkənin maliyyə resurslarının daha effektiv istifadə edilməsinə imkan verdi.

•Dövlət tərəfindən bütün sosial vəziyyətləri qoruyan və işsizliyi azaltmaq üçün iqtisadi proqramlar hazırlandı.

Bu islahatlar, dövlət qulluğunun effektivliyini artırmaq, xidmətlərin keyfiyyətini yüksəltmək və dövlət-qurumları arasında əlaqələrin sürətləndirilməsini təmin etmək məqsədilə həyata keçirilmişdir. Həmçinin,bu islahatların hamısı, dövlət qulluğunun daha effektiv, şəffaflaşdırması və demokratikləşməsi istiqamətində atılan kəskin addımlardır. Bu, Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bu yana qürur hissi ilə görülə biləcək yüksəkliyə çıxması üçün yararlı oldu[12].

Ümumi olaraq qeyd oluna bilinər ki, Azərbaycanda son illərdə dövlət idarəçiliyində və dövlət qulluğunda bir çox islahatlar həyata keçirilib. Bunlar arasında ən nüfuzlu olanları aşağıdakılardır:

1. Elektron hökumət: Azərbaycan hökuməti, bir çox xidmətləri veb saytlarında təqdim edir və elektron xidmət göstərməyə başlayıb.

2. Qanunvericilik və regulator çərçivələrinin yenilənməsi: Dövlət idarəçiliyində və dövlət qulluğunda qanunvericilik və regulator çərçivələrində dəyişikliklər edilib. Bu, daha effektiv və şəffaflıq yaradan proseslərə imkan verir.

3. İnsan resursları idarəetməsi: İşçi təminatı və işçi haqqında məlumatların saxlanması, idarəetmə və təlimlər daxil olmaqla, insan resursları idarəetməsi proseslərində dəyişikliklər edilib.

4. Maliyyə idarəetməsi: Maliyyə idarəetməsi proseslərində dəyişikliklər edilib və maliyyə hesabatları və vergi ödənişləri üçün elektron sistemlər təqdim edilib.

Bu islahatlar, dövlət idarəçiliyində və dövlət qulluğunda daha effektiv və şəffaflıq yaradan proseslərə imkan verir.

             Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaradır. Xalqın və dövlətin gələcəyinin məhz yüksək ixtisaslı, peşəkar və vətənpərvər insanlarda görən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq bu işi dünya miqyasına çıxarmış, yüzlərlə gənci təhsil almaq üçün xarici ölkələrə göndərmişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş fərmanla təsdiq olunan Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində ixtisaslı kadr kimi (o cümlədən idarəetmə ixtisasları üzrə) yetişirlər. Azərbaycanın özündə idarəetmə sahəsində milli kadrların hazırlanması üçün müstəqillik illərində bir neçə yeni elm və təhsil ocaqları yaradılmış, mövcud ali məktəblərdə yeni dövrün tələb etdiyi mütəxəssislərin hazırlanması işi təşkil edilmişdir. Burada ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını xüsusi qeyd etmək lazımdır. Fərmanda Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədi "Dövlət İdarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi" kimi müəyyən edilmişdir. Akademiyanın yaradılması dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, yeni idarəetmə mədəniyyətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət qulluğu üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan Dövlət İdarəçilik Akademiyasının üzərinə Azərbaycanın böyük siyasi və iqtisadi potensialını reallaşdıra biləcək dövlət qulluqçularının yeni nəslinin yetişdirilməsi kimi çox məsul vəzifə qoyulmuşdur.                              

         Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, köklü dəyişikliklərə başlanılır. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi mühüm islahatlar bu dövrdən başlayaq dövlət qulluğunun formalaşmasına öz təsirini göstərmişdir. Azərbaycanda dövlət qulluğu sistemində həyata keçirilən islahatlar bütövlükdə idarəetmə sahəsində bir sıra mühüm yeniliklərə imza atılmasını şərtləndirib. Bunlardan ən mühümləri kimi dövlət idarəçiliyi sahəsində fəaliyyətin nəticələrinin proqnozlaşdırılması, daha optimal nəticələrin əldə olunmasına hesablanmış tədbirlərin həyata keçirilməsi, insan resurslarından daha düzgün istifadə mexanizmlərinin işlənib hazırlanması və s. qeyd etmək mümkündür.

"Dövlət qulluğu haqqında" qanun dövlət idarəetmə orqanları sisteminin fəaliyyətinin məqsədyönlü və səmərəli şəkildə dəyişdirilməsi üçün hüquqi əsas yaradıb. Qanunun qəbul olunması ölkədə dövlət qulluğunun islahatları prosesinin əsasını təşkil edən meyar və prinsipləri müəyyənləşdirib, müxtəlif kateqoriyalı dövlət qulluqçuları arasında dəqiq vəzifə bölgüsünü və dövlət qulluqçularının öz funksiya və vəzifələrini yerinə yetirməsini təmin edən attestasiya və təsnifat sistemini yaratmış, dövlət qulluqçularının işinin səmərəliliyini qiymətləndirməyə və ixtisasartırma tələbatını müəyyənləşdirməyə imkan verən, qulluqda irəliləmələrin əməkdaşın fərdi keyfiyyətlərindən və peşəkarlıq səviyyəsindən asılılığını təmin edən, yüksək ixtisaslı əməkdaşların dövlət qulluğunda qalmasına şərait yaradan nəzarət sisteminin formalaşdırılmasına imkan yaradıb.

Azərbaycanda müasir demokratik dövlətin əsas məqsədi vətəndaşların mənafeyini qorumaqla onların həyat səviyyəsini daim yaxşılaşdırmaqdır. Bu, dövlətin strateji məqsədidir. Bu gün yeni dövlət idarəçiliyi yanaşması şəffaflıq, hesabatlılıq, vətəndaş yönümlülük, üfüqi təşkilati struktur, rəqabət, səlahiyyətlərin verilməsi və mərkəzsizləşdirmə anlayışlarını xüsusilə vurğulayır.

Azərbaycanda həyata keçirilən siyasi və sosial-iqtisadi islahatlar ölkədə insan kapitalının inkişafına təsir göstərən siyasətin həyata keçirilməsini sürətləndirmiş, bununla bağlı bir sıra strategiyalar və dövlət proqramları qəbul edilmişdir. Azərbaycanda sosial-iqtisadi və digər sahələrdə aparılan islahatların səmərəliliyini təmin etmək, düzgün transformasiya strategiyasını uğurla həyata keçirmək üçün demokratik prinsiplərə əsaslanan dinamik və rasional dövlət idarəçiliyi sistemi yaradılıb, formalaşmışdı.

 Azərbaycan Respublikasında dövlət qulluğunda və dövlət idarəçiliyində həyata keçirilən islahatların əhəmiyyəti çoxdur. Bu islahatlar ölkədə demokratik inkişafın və səmərəli idarəetmənin inkişafına töhfədir.

Dövlət qulluğunda islahatlar özündə dövlət xidmətlərinin səmərəli və effektiv işləməsinə töhfədir. Bu islahatlar vasitəsilə dövlət xidmətlərinin təşkilatı və idarə edilməsi daha səmərəli və effektiv hala gətirilir. Bu islahatlar sayəsində dövlət xidmətləri daha sürətli və təsirli hala gətirilir. Bu da ölkədə inkişafın sürətlənməsinə və səmərəli idarəetməyə kömək edir. Dövlət idarəçiliyində islahatlar isə özündə dövlətin idarəetməsinin daha səmərəli və effektiv hala gətirilməsini töhfədir. Bütün bunların nəticəsində Azərbaycan Respublikası daha səmərəli və effektiv idarəetməyə sahib olur. Bu da ölkənin inkişafına və səmərəli idarəetməsinə kömək edir.

Azərbaycanda həyata keçirilən siyasi və sosial-iqtisadi islahatlar ölkədə insan kapitalının inkişafına təsir göstərən siyasətin həyata keçirilməsini sürətləndirmiş, bununla bağlı bir sıra strategiyalar və dövlət proqramları qəbul edilmişdir.

Buna misal olaraq aşağıdakıları göstərmək olar:

•        “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiqi, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2006-2015-ci illər);

•        “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;

•        “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”,

•        “2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”;

•        “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya. və onun icrası ilə bağlı Dövlət Proqramı”;

•        Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması;

•        2011-2015-ci illər üçün “Azərbaycan Gəncliyi” Dövlət Proqramı və bu sənəd çərçivəsində həyata keçirilən fəaliyyətlər; 2012-ci ildə Gənclər Fondunun yaradılması;

•        “2012-2015-ci illər üçün Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”;

•        “2012-2015-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”;

•        “Elektron Hökumət”in yaradılması və inkişafı;

•        Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət (xidmət) - Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi) yaradılması və s.

 Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğun artırılması üçün əlverişli şərait yaradılmışdır. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, bütün səylər Azərbaycan vətəndaşına xidmətə yönəlib.

Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması prosesi mal və xidmətlərə çıxışı yaxşılaşdırmaq məqsədi daşıyan strategiyanın bir hissəsidir. Səmərəli və innovativ dövlət idarəçiliyi vətəndaşlara sürətli və keyfiyyətli xidmətlərin göstərilməsini təmin etməlidir. Bu, rəqəmsal perspektivdə prosedurların və xidmətlərin yenidən nəzərdən keçirilməsi və yenidən müəyyənləşdirilməsi, digər administrasiyaların və mümkün olduğu qədər vətəndaş cəmiyyətinin məlumat və xidmətlərə sərbəst çıxışının təmin edilməsi deməkdir. Elektron hökumət anlayışı İnformasiya Texnologiyaları sahəsində sürətli dəyişikliklərlə əlaqədar olaraq inkişaf etmişdir. Şəhər infrastrukturu, məsələn, səmərəli nəqliyyat sisteminə malik olmalıdır; etibarlı və ucuz elektrik şəbəkəsinə universal çıxışa zəmanət; təhlükəsiz su və kanalizasiya təmin etmək; tullantıların toplanması və təkrar emalı sisteminin davamlı idarə olunmasını təmin etmək; biznesləri dəstəkləmək və ictimai xidmətlərin göstərilməsi üçün sürətli, genişzolaqlı və ucuz bağlantı təklif edir. Bütün bu məqsədlərə yeni texnologiyalar və Dövlət İdarəçiliyinin rəqəmsallaşması sayəsində daha asan nail olmaq olar. [5]

Dövlət sektorunda innovativ mədəniyyətin formalaşdırılması və kreativliyin artırılması üçün bir tərəfdən dövlət sektorunun üzləşdiyi spesifik problemləri və araşdırmada qeyd olunan transformasiyaları anlamaq lazımdır, digər tərəfdən dövlət xidməti alanların, yəni vətəndaşların/əsas istifadəçilərin ehtiyac və üstünlüklərinin dəqiq təhlilini aparmaq. Ən əsası, bütün bunlar üçün innovasiya və bu gün yaşanan sürətli texnoloji rəqəmsal transformasiyaları anlamaq üzrə kurslar dövlət idarəçiliyi bölmələrinin akademik proqramlarına daxil edilməlidir. İnnovasiyanın dövlət idarəçiliyi təhsilində və akademik proqramlarda yer alması vacibdir, çünki çağımızda tədqiqatda qeyd olunan məqsədlərdən kənarda kreativlik, liderlik və sahibkarlıq kimi anlayışlarla dövlət sektorunda innovasiyaları düşünmək və anlamaq lazımdır. [10]

Azərbaycanda müasir demokratik dövlətin əsas məqsədi vətəndaşların mənafeyini qorumaqla onların həyat səviyyəsini daim yaxşılaşdırmaqdır. Bu, dövlətin strateji məqsədidir. Bu gün yeni dövlət idarəçiliyi yanaşması şəffaflıq, hesabatlılıq, vətəndaş yönümlülük, üfüqi təşkilati struktur, rəqabət, səlahiyyətlərin verilməsi və mərkəzsizləşdirmə anlayışlarını xüsusilə vurğulayır.

       Elektron hökumət rəqəmsal informasiya texnologiyasına əsaslanan və internet üzərindən həyata keçirilən hər hansı dövlət sistemlərini, proseslərini və ya funksiyalarını ifadə etmək üçün istifadə edilən termindir. Elektron Hökumətin məqsədi hökumətlər və vətəndaşlar arasında yeni dinamik əlaqə yaratmaqdır: vətəndaşlar üçün daha sadə və daha iştirakçı olacaq bir dövrə. Buna nail olmaq üçün təkcə Hökumətin adi vəzifələrində texnologiyanın tətbiqi vacib deyil, həm də dövlət sektorunun idarə edilməsində, ictimai vətəndaşlar və onların ehtiyacları bu innovasiyanın əsas mərkəzidir. Dövlətin qarşıya qoyduğu bütün məqsədlərinə yeni texnologiyalar və Dövlət İdarəçiliyinin rəqəmsallaşması sayəsində daha asan nail olmaq olar.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 22 iyul 2022-ci il qəbul edilmişdir. [21] 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcəkdir. Bu mərhələdə başlıca məqsəd yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının sabit təminatlı həyat səviyyəsinə nail olmaqdır. Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaqdır.

Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində bildiyimiz kimi torpaqlarımızın 30 illik işğalına son qoyulmuşdur. Məhz bu səbəbdən həmin ərazilərdə abadlıq işləri görülməsi lazımdır. Prezident 16 noyabr 2022-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır .

Prezident  cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir.Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir.

Azərbaycan  son 20 ildə tarixinin ən qüdrətli dövrünü yaşayır. Bütün sahələrin sürətli inkişaf etdiyi respublikamız dünyada siyasi, iqtisadi, hərbi gücü ilə tanınır. Bu, Prezident İlham Əliyevin milli maraqlara cavab verən uğurlu daxili və xarici siyasətinin nəticəsidir.

Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Liderliyinin təntənəsidir. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən on doqquz ilə nəzər salsaq görərik ki, dövlətimizin başçısı xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən çox vektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Son 20 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb.

Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlər ilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Azərbaycanda müasir demokratik dövlətin əsas məqsədi vətəndaşların mənafeyini qorumaqla onların həyat səviyyəsini daim yaxşılaşdırmaqdır. Bu, dövlətin strateji məqsədidir. Bu gün yeni dövlət idarəçiliyi yanaşması şəffaflıq, hesabatlılıq, vətəndaş yönümlülük, üfüqi təşkilati struktur, rəqabət, səlahiyyətlərin verilməsi və mərkəzsizləşdirmə anlayışlarını xüsusilə vurğulayır.

Azərbaycanda həyata keçirilən siyasi və sosial-iqtisadi islahatlar ölkədə insan kapitalının inkişafına təsir göstərən siyasətin həyata keçirilməsini sürətləndirmiş, bununla bağlı bir sıra strategiyalar və dövlət proqramları qəbul edilmişdir. Azərbaycanda sosial-iqtisadi və digər sahələrdə aparılan islahatların səmərəliliyini təmin etmək, düzgün transformasiya strategiyasını uğurla həyata keçirmək üçün demokratik prinsiplərə əsaslanan dinamik və rasional dövlət idarəçiliyi sistemi yaradılıb, formalaşmışdı. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, köklü dəyişikliklərə başlanılır. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi mühüm islahatlar bu dövrdən başlayaq dövlət qulluğunun formalaşmasına öz təsirini göstərmişdir. Azərbaycanda müasir demokratik dövlətin əsas məqsədi vətəndaşların mənafeyini qorumaqla onların həyat səviyyəsini daim yaxşılaşdırmaqdır. Bu, dövlətin strateji məqsədidir. Bu gün yeni dövlət idarəçiliyi yanaşması şəffaflıq, hesabatlılıq, vətəndaş yönümlülük, üfüqi təşkilati struktur, rəqabət, səlahiyyətlərin verilməsi və mərkəzsizləşdirmə anlayışlarını xüsusilə vurğulayır.