Prezident: Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil

Dövlətlərarası münasibətlərimiz (İranla – red.) hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin (İran Prezidenti – red.) mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil”.