Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 7 və 8 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Bu barədə ADY-dən məlumat verilib.

 Bildirilib ki, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür.

Qeyd olunub ki, biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.