Yaponiyada "tayfun" 930 min evi işıqsız qoydu

Yaponiyanın Tokio şəhərində güclü "Faks" tufanı səbəbindən təxminən 930 min yaşayış evi müvəqqəti olaraq işıqsız qalıb.

Bu barədə "TEPCO" energetika kompaniyası bildirib.

Məlumata əsasən, Tokio ilə yaxınlıqda olan Çiba prefekturasında ən az 20 nəfər xəsarət alıb. Həmin prefekturada güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Sakit okeandan Tokioya yaxınlaşan tayfuna görə yüzə yaxın avia reyslər ləğv edilib.

 
Bildirilir ki, bəzi ərazilərdə evlərdəki şüşələr qırılıb, tikinti meşələri və ağaclar dağılıb.