Türkiyə Prezidenti ilə Almaniya Kansleri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

İki lider miqrasiya məsələsi ilə yanaşı, Suriya və Liviyadakı proseslərə dair də müzakirələr aparıb.

Bundan əlavə, telefon söhbətində ikitərəfli əlaqələr də müzakirə edilib.