Əsas kapitaldakı vəsait - AÇIQLANDI

2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11 milyard 407 milyon 400 min manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Sərf edilmiş vəsaitin 66,8 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.


Ümumi sərmayənin 65,5 faizi məhsul istehsalı sahələrinə, 25,0 faizi xidmət sahələrinə, 9,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,8 faiz, büdcədənkənar fondların vəsaitləri 1,5 faiz, sair vəsaitlər isə 0,3 faiz təşkil edib.