Özbəkistan Qarovul Qoşunlarının komandanı həbs olunub

Özbəkistan Daxili İşlər Nazirliyi Qarovul Qoşunlarının komandanı, general-mayor Dmitri Pan və istintaq təcridxanasının altı əməkdaşı vəzifəsindən azad edilərək həbs olunub.

Bu barədə Özbəkistan Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Dmitri Pan vəzifədən sui-istifadə maddəsi ilə istintaqa cəlb edilib.

Dmitri Panın və digər saxlanılanların işini Daşkənd şəhərinin hərbi prokurorluğu aparır.

Daxili İşlər nazirinin müavini Muxiddin Curayev də işdə verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.