Çukotkada ağ ayını əfsanəvi tanka çevirdilər - VİDEO

Rusiyanın Uzaq Şərqində üzərinə boya ilə “T-34” yazılmış ağ ayı aşkar olunub.

“RİA Novosti” xəbər verir ki, videonu ilk olaraq çukotkalı ovçu paylaşıb.

Şimalda yaşayan məməlilər üzrə mütəxəssis Anatoli Koçnevin sözlərinə görə, videonun çəkilişi çukçaya məxsus ola bilməz, çünki yerli xalqlar heyvanlara daha mülayim yanaşırlar:

“Çukçalar ağ ayıları ovlamaq istəsələr də, zoomüdafiəçilər onları brakonyer adlandıraraq buna etiraz edirlər. Lakin bu ovçular ayının belinə yazı yazanlardan heyvanlara daha çox hörmət edirlər”.

Videonun dəqiq harada çəkildiyi bilinmir. Ehtimal edilir ki, ərazi bu il çoxlu sayda ağ ayı müşahidə olunan “Novaya Zemlya” adası ola bilər.