"Fitch": Rubl və lirə dollara nisbətdə ucuzlaşacaq - PROQNOZ

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Rusiya və Türkiyə valyutalarının ABŞ dollarına qarşı məzənnəsi (RUB/USD və TRY/USD) ilə bağlı proqnozlarını açıqlayıb.

Rusiyada dolların məzənnəsi bu ilin sonuna 64 rubl, 2020-ci ildə 66 rubl, 2021-ci ildə isə 67 rubl olacağı proqnozlaşdırılır.

Agentliyin proqnozlarına əsasən, Türkiyədə dolların məzənnəsi bu ilin sonuna 6 lirəyə, 2020-ci ildə 6,6 lirə, 2021-ci ildə isə 7,2 lirə təşkil edəcək.apa