Böyük Britaniyada parlament seçkilərində “exit poll”un nəticələri açıqlanıb

Böyük Britaniya parlamentinin İcmalar Palatası üçün keçirilən növbədənkənar seçkilərdə "exit-poll”un nəticələri açıqlanıb. Nəticələrə görə Mühafizəkarlar partiyası daha çox səs toplayıb.

Seçkilərdə Mühafizəkarlar, Leyboristlər, Yaşıllar, Liberal Demokratlar, Pleyd Kamri- Uels Partiyası ,Brexit və Şotlandiya Milli Partiyaları mübarizə aparıb.


Açıqlanan nəticələrə əsasən Mühafizəkarlar Partiyası 368, Leyboristlər 191, Şotlandiya Milli Partiyası 55, Liberal Demokrat Partiyası 13, Pleyd Kamri -3, Yaşıllar Partiyası-1 digər partiyalar isə 19 nəfərlə təmsil olunacaq.


Qeyd edək ki, Palatada çoxluq təşkil etmək üçün bir partiya 325-dən çox yer qazanmalıdır.