ABŞ-da qarət nəticəsində Türkiyə icmasının üzvü qətlə yetirilib

Dekabrın 26-da gecə saat 2 radələrində Virciniya ştatının Manassas şəhərində silahlı qarətçilər “Denny's” restoranına soxularaq xəzinədarlardan və müştərilərdən pul tələb ediblər.

Yaranmış iğtişaş zamanı cinayətkarlar atəş açmağa başlayıblar. Nəticədə hazır yeməkləri sifarişlə evlərə çatdıran “DoorDash” xidmətinin sürücüsü, cəmi bir neçə dəqiqə əvvəl sifarişi götürmək üçün restorana gəlmiş şəxs qətlə yetirilib, restoranın bir müştərisi isə ağır də yaralansa da sağ qalıb. Polisin məlumatına görə, qarətçilər gizlənə biliblər.

Atışmanın qurbanı Virciniyanın türk icmasının üzvü 56 yaşlı Yusuf Özgür aldığı zədələrdən xəstəxanada vəfat edib.

Dairə polisinin rəisi Barri Barnard mətbuat konfransında bildirib ki, cinayətkarlar haqqında informasiya verəcək şəxsi 10 min dollar mükafat gözləyir. Polis restorana maskalı şəkildə girmiş 2 nəfər silahlı kişinin təsvir edildiyi fotoşəkilləri və videonu da dərc edib.

Türk icması Yusuf Özgürün ailəsinə maliyyə yardımı göstərilməsi üçün vəsait yığmağa başlayıb.