BKS-də kosmonavtlar Yeni ili 15 dəfə qarşılayacaqlar

Beynəlxalq Kosmik Stansiyanın (BKS) heyəti Yeni ili 15 dəfə qarşılayacaq.

“RİA Novosti” xəbər verir ki, bunu “Roskosmos”dan və Uçuşları idarəetmə mərkəzindən bildiriblər.

 
Məlumata əsasən, kosmonavtların Yeni ili bir neçə dəfə qarşılamalarına BKS-in müəyyən ballistika ilə hərəkəti səbəb olacaq.

Heyətin Yeni ili Moskva vaxtı ilə Sakit okean üzərində, Qrinviç vaxtı ilə - Sibir üzərində, Hyuston vaxtı ilə - Atlantik okeanı üzərində qarşılayacağı gözlənilir.