“TRT Rusca” yayıma başlayıb

Türkiyə Radio Televiziya Qurumu (TRT) yeni xəbər kanalı “TRT Rusca” ilə 24 maydan rəqəmsal platformalarda yayım həyatına başlayıb.

Bu kanal Türkiyənin səsini beynəlxalq aləmə çatdıran TRT-nin xarici dillərdəki yayımlarını artırmaq və daha geniş efir məkanın əhatə etmək layihəsi çərçivəsində qurulub. TRT radio və televiziya kanalları rəqəmsal platformaların beynəlxalq sahədə apardığı uğurlu xəbərçilik yolu ilə inkişafa doğru gedir. “TRT Rusca” müxtəlif süjetlər, məlumatlandırıcı xəbərlər və cəlbedici videolarla rusdilli tamaşaçıların görüşünə gəlib. İlkin açıqlamalara görə, kanal regional və qlobal əlaqələrdə məlumatlandırıcı və tarazlıqlayıcı mövqeyi ilə seçilməyi hədəfə alıb.

“TRT Arabic”, “TRT World” və “TRT Deutsch”dan sonra “TRT Rusca”nın yayımlanması ilə TRT dünya səviyyəsində təsirli bir media markası olmaq yolunda addımlarını irəliyə atmaqdadır.

Qeyd etmək lazımdır ki, TRT-nin xarici dillərdəki yayımları təkcə Türkiyənin yox, Azərbaycan başda olmaqla bütün türk dünyasının maraqlarını əks etdirən məlumatları izləyicilərinə çatdırır. “TRT Rusca” kanalı da ənənəni davam etdirəcək.

Sabir Şahtaxtı