ÜST: Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 805 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 805 mindən çox artıb.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 805 min 444 nəfər yeni koronavirusa yoluxub, 13 min 36 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 137 milyon 866 min 311, ölənlər isə 2 milyon 965 min 707 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.