Türkiyədə 5, 2 bal gücündə zəlzələ baş verib
Türkiyənin Bingöl vilayətində 5, 2 bal gücündə zəlzələ baş verib.
Məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Bildirilir ki, Türkiyə vaxtı ilə saat 21.28-də (Bakı vaxtı ilə saat 22:28) qeydə alınan yeraltı təkan ətraf vilayətlərdə də hiss olunub.
Zəlzələni təşvişlə qarşılayan sakinlər küçələrə axışıblar. Hələlik yeraltı təkanın təsiri barədə dəqiq məlumat yoxdur.