İsrailin baş nazirinin Türkiyə prezidenti ilə görüşü gözlənilir
İsrailin baş naziri Yair Lapid BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün sentyabrın 19-da Nyu-Yorka səfər edəcək.
Baş nazirin mətbuat xidməti xəbər verib.
"Səfər zamanı baş nazirin bir sıra dünya liderləri ilə görüşü gözlənilir: Böyük Britaniyanın baş naziri Liz Trass, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis. Baş nazir BMT-nin baş katibi Antonio Quterreşlə də görüşəcək", - deyə bildirilib.//Trend