Ermənistanda 5 noyabr mitinqi

Əlimusa İbrahimov
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ermənistan müxalifəti İrəvanın Fransa meydanında 5 noyabrda mitinq təşkil etdi. Mitinq təşkilatçıları imzalanması ilin sonuna qədər nəzərdə tutulmuş Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə qarşı çıxmaq üçün insanları, daha doğrusu Qarabağ erməni klanının xaricə gedə bilməyərək İrəvanda ilişib qalan nümayəndələrini küçəyə tökmüşdülər. Çox böyük ümid bəsləyirdilər bu mitinqə. Mitinq toplandı. Orada hər şeydən danışıdılar. Növbəti dəfə Azərbaycan, Türkiyə, Rusiya əleyhinə şüarlar səsləndirildi. Sülh müqaviləsini imzalanmasına, delimitasiya və demarkasiyay, Zəngəzur dəhlizinə qarşı çıxışlar edildi. Nümayiş erməni kütləvi informasiya vasitələrində geniş işıqlandırıldı. Amma həm mitinq iştirakçıları, həm də KİV-in birbaşa reportaj aparan nümayəndələri əsas məsələ haqqında məlumat verməyi unutdular. Bu da mitinqdə iştirak edənlərin sayı idi. Ora toplananların sayı o qədər az idi ki. təşkilatçılar utandılar bu sayı göstərməkdən. Çünki bu say onların bu və qarşıdakı cəhdlərinin alnmayacağının əyani sübutu idi. Ermənistan müxalifəti bu dəfə də sındırıldı. Elə ermənilərin özləri tərəfindən. Bu mitinq sonuncu mitinqlərdən daha az adam topladı. Çünki əvvəlki mitinqlərdə iştirak edən ermənilərin nəzərəçarpacaq hissəsi ermənistanı tərk etməyə imkan tapıb.
Bu mitinq həm də Paşinyanın mövqelərini gücləndirmək baxımdan əhəmiyyətli oldu, o gördü ki, müxalifət getdikcə zəifləyir. Paşinyanın əleyhinə təşkil olunan mitinq onun işinə yaradı.
Paşinyan da siyasətçi olmağa başlayır, deyəsən.