Müharibəyə son qoymaq üçün çox çalışırıq - Ərdoğan
Türkiyə olaraq müttəfiqlərimizlə həmrəy olmağa çalışırıq, eyni zamanda müharibənin sona çatması üçün böyük səy göstəririk.
Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitinin Zirvə toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
"İlk gündən biz Montrö Boğazları Konvensiyasına diqqətlə riayət edirik. Hərbi gəmilərin Türkiyə boğazlarından keçməsinə icazə vermədik. Bununla da münaqişənin digər bölgələrə keçməsinin qarşısını aldıq. İstanbuldan başlanan bu proses Ukrayna taxılının daşınmasına və işçi mübadiləsinə icazə verən Qara Dəniz Təşəbbüsü ilə davam etdi. Danışıqlarımız nəticəsində taxıl müqaviləsinin müddəti iki dəfə uzadıldı. Müqavilə çərçivəsində indiyədək dünya bazarlarına 33 milyon tondan çox taxıl məhsulları çıxarılıb", - Rəcəb Tayyib Ərdoğan əlavə edib .//Trend