General Popov yoxa çıxdı

Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus general İvan Popovun arvadı ərinin qəfil yoxa çıxdığını bildirib.

Mediada yayılan məlumatda qeyd olunur ki, “Popov rəhbərlik tərəfindən çağırılıb və işlərini yoluna qoymaq üçün harasa gedib. Bundan sonra onunla əlaqə itib”.

Daha əvvəl dərc edilmiş generalın əsgərlərə müraciəti ilə bağlı səs yazısı ilə bağlı Popovun arvadı qeyd edib ki, “Sadəcə onu vəzifəsinə qaytarmaq üçün tərəfdaşları dəstək kimi dərc ediblər”.//Trend